Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə X. Şabanzadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il iyulun 26-da Hövsan qəsəbəsində Ağayev Əyyar Qubad oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına gətirilib.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş şəxsin Əyyar Ağayevin dostu Xəyal Şabanzadə olduğu müəyyən edilib. O, saxlanaraq istintaqa təhvil verilib.