DİN polisləri güllələyən şəxslə bağlı məlumat yaydı - YENİLƏNİB
24 oktyabr 2013 15:14 (UTC +04:00)

DİN polisləri güllələyən şəxslə bağlı məlumat yaydı - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Qusar rayonunda polis əməkdaşlarına silahlı hücum etmiş şəxslərin zərərsizləşdirilməsi ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, nazirliyin yaydığı açıqlamada bildirilir:

 

 

Xəbər verildiyi kimi, oktyabrın 16-da Qusar şəhərində valyutadəyişmə məntəqəsinin işçisinə qarşı törədilmiş soyğunçuluqla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olmuş, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb. Silahlı cinayətkarların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş əməliyyat-

axtarış tədbirləri zamanı həmin soyğunçuluq hadisəsinin törədilməsində şübhəli bilinən və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı oktyabrın 19-da silahlı müqavimət göstərmiş qrupun daha bir üzvünün - Qusar şəhər sakini Edik Rüstəmovun gizləndiyi yer müəyyən edilib. Oktyabrın 23-də bu şəxsin zərərsizləşdirilməsi istiqamətində də xüsusi əməliyyat tədbiri keçirilib, nəticədə silahlı müqavimət göstərən Edik Rüstəmov Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən məhv edilib. Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 2852
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19