Daxili İşlər Nazirliyi “Qaya” mətbuat yayımı şirkətinin əməkdaşı Fuad Hadıyevin ölümü ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 29-da paytaxtın Nizami rayonunun E.Süleymanov küçəsində inşası başa çatmamış tikilinin lift şaxtasında sentyabrın 20-dən itkin düşmüş Fuad Hadıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Araşdırmalar aparılır.