Daxili İşlər Nazirliyi bu ilin fevral ayında qeydə alınmış döyülmə faktı ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 18-də Sahilə Əliyevanın Ramazan adlı şəxs tərəfindən döyülməsi barədə verilmiş məlumatla əlaqədar Goranboy RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı Nərimanlı kənd sakini Nərgiz Namazovanın rayon ərazisində işlətdiyi “Söyüdlük” kafesində cari ilin sentyabr-oktyabr ayları ərzində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Bəlli olub ki, N.Namazova həmin kafedə Sahilə Əliyava, Fərqanə Vəliyeva, Kəmalə Abbasova, Ruhiyyə Mirzəyeva və Nailə Məlikovanı fahişəliyə cəlb edib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində N.Namazova saxlanıb.
Hər iki faktla bağlı qaldırılmış cinayət işləri üzrə tədbirlər davam etdirilir.