DİN: “Nar Cafe”də keçirilən əməliyyat zamanı 8 nəfər saxlanılıb
12 oktyabr 2015 13:08 (UTC +04:00)

DİN: “Nar Cafe”də keçirilən əməliyyat zamanı 8 nəfər saxlanılıb

0
Daxili İşlər Nazirliyi (DİN) deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus “Nar Cafe”-də əməliyyat keçirilməsi barədə məlumatlara münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan MansurzadəAPA-ya açıqlamasında adıçəkilən kafedə polis tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Bildirib ki, həqiqətən də daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən oktyabrın 11-də "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.

 

Qeyd edək ki, mətbuatda deputat Elton Məmmədovun oğlu, Milli MəclisAparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən Nar Cafe”-də polis tərəfindən əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla xeyli sayda şəxsin saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə məlumatlar yayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar