DİN: 28 nəfər sudan zəhərlənib
23 oktyabr 2015 13:12 (UTC +04:00)

DİN: 28 nəfər sudan zəhərlənib

Daxili İşlər Nazirliyi Suraxanı rayonunda baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənib. Onlar 5 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138

Oxşar yazılar