Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıdakı ev yanğından mühafizə olunub. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.