Deputatın işdən çıxarılan oğluna DİN-də vəzifə verildi
09 oktyabr 2015 12:37 (UTC +04:00)

Deputatın işdən çıxarılan oğluna DİN-də vəzifə verildi

0

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub. Lent.az Report-a istinadən xəbər verir ki, Fərid Mirələmov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur.

Xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov “Min bir gecə” istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar