Sumqayıt şəhərinda, (“Corat” sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə 1 nəfər batıb. Lent.az-ın Fövqəldadə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. Axtarışın nəticələri ilə bağlı əlavə məlumat veriləcək.