Dənizdə batan 4 azyaşlı ilə bağlı cinayət işi başlanıldı
12 avqust 2019 11:04 (UTC +04:00)

Dənizdə batan 4 azyaşlı ilə bağlı cinayət işi başlanıldı

0
 
 
Bakıda dənizdə batan 4 azyaşlıdan sonuncunun da meyiti tapılaraq sudan çıxarılıb. 
 
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
 
Qeyd edək ki, avqustun 10-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızı, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlu, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızı və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızı batıb.
 
M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin meyitləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Cəfərzadə Zeynəb Ramin qızının meyiti isə bu gecə tapılaraq, sudan çıxarılıb. Batan uşaqlar iki qardaşın övladlarıdır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1066

Oxşar yazılar