Nardaranda dənizdə batan uşaqların şəxsiyyətləri məlum olub - YENİLƏNİB
10 avqust 2019 21:17 (UTC +04:00)

Nardaranda dənizdə batan uşaqların şəxsiyyətləri məlum olub - YENİLƏNİB

0

 

Fövqəladə Hallar Nazirliyi Nardaran qəsəbəsi ərazisində çimərlikdə batmış şəxslərlə bağlı məlumat yayıb.

Lent.az xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.

Bildirilir ki, M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 19:17

 
Nardaranda dənizdə 4 uşaq batıb.
 
APA-nın məlumatına görə, batan uşaqlar 8-10 yaş arasındadır.
 
Batanlardan üçünün meyiti çıxarılıb, birinin axtarışları davam edir. 
 
Qeyd edək ki, hadisə qeyri-çimərlik ərazisində baş verib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1264

Oxşar yazılar