Dəm qazı mövsümü başladı: <span style="color:red;">9 nəfər zəhərlənib
30 oktyabr 2015 16:12 (UTC +04:00)

Dəm qazı mövsümü başladı: 9 nəfər zəhərlənib

“Bu ay ərzində 6 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilib". 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, zəhərlənmələr zamanı ölüm halı qeydə alınmayıb.

Bu ilin sentyabr ayında isə dəm qazından zəhərlənmə halları ilə bağlı müraciətlərin sayı  3 olub.

A. Maqsudov onu da vurğulayıb ki, ötən ay ərzində 11, bu ay ərzində isə 7 nəfər alkaqol zəhərlənməsi diaqnozu ilə mərkəzə gətirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315

Oxşar yazılar