Dəhşətli yanğının məhkəməsində Hacıbala Abutalıbovun <span style="color:red;">MƏKTUBU AÇIQLANDI
24 noyabr 2016 13:21 (UTC +04:00)

Dəhşətli yanğının məhkəməsində Hacıbala Abutalıbovun MƏKTUBU AÇIQLANDI

Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Lent az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin təhqiqi mərhələsi davam etdirilib.

Prosesdə hadisə zamanı ölən şəxslərlə bağlı ekspertizanın nəticələri müzakirə edilib.

Miryusif Mahmudovun vəkili qeyd edib ki,  yanğın olan zaman verilən rəy mayın 19-u saat 17:20 də təqdim olunub. Rəydə "Global Construcion"un təhlükəsizlik tədbirləri görməməsi bildirilib.

 

Vəkil İlhamə Həsənova deyib ki, ekspertiza rəyləri mötəbər sübut ola bilməz: "Mayın 19-da keçirilən ekspertiza rəylərindən 1 il 3 ay sonrakı ekspert rəy qəbul edərkən ilkin rəyə istinad olunub".

 

Hakim bu problemi araşdıracaqlarını bildirib.

 

Təqsirləndirilən şəxs Miryusif Mahmudov qısa çıxış edərək bildirib ki, həmin rəyi qoyublar həkimin qabağına və istiqamətləndiriblər: "Həmin həkim məhkəməyə gələrək suallarımıza cavab verməlidir".

 

Hakim qeyd edib ki,  həkim iki saat ərzində meyitə baxıb,  başqa heç nə araşdırma aparmaq imkanı olmayıb. Hakim əlavə edib ki,  zərurət yaransa həkim məhkəməyə çağırılar. 


Hakim hadisə yerində çəkilən fotoların cinayət işinə əlavə olunduğunu deyib. 

Vəkil İlhamə Həsənova bildirib ki,  həkim rəy verən zaman kimyəvi tədqiqatın nəticəsi olmayıb.

 

Prokuror Fərid Nağıyev deyib ki, vəkillər işin texniki tərəfini bilmirlər. İhamə Həsənova isə dövlət ittihamçısının fərziyyələrlə danışdığını bildirib. Daha sonra çıxış edən Miryusif Mahmudov bildirib ki,  hakim onun verdiyi ifadəni əzbərdən danışıb: "Bunun belə olduğunu bilməzdim,  hakimə belə diqqətli olduğuna görə təşəkkürümü bildirirəm. Nə olar ki,  insanlara göstərək ki,  haqq və ədalət var. Miryusif sizə nə edib? Bir film vardı, "Timur və onun komandası". Məni döndərib eləmisiz elə onun kimi, "Miryusif Mahmudov və komandası".

 

Ilhamə Həsənova bildirib ki,  sağlamlığa xəsarət yetirilməsi ilə bağlı sağ qalan şəxslər ekspertizaya təqdim olunmayıb: "Eksperti məhkəməyə çağırmaq lazımdır.  Ekspert bildirsin ki,  canlı şəxsləri görmədən necə rəy verib".


Fərid Nağıyev isə əlavə edib ki, canlı şəxsin ekspertizaya təqdim olunması üçün əsas olmayıb.

 

Vəkil məhkəmədə onu da qeyd edib ki, ittihamda şirkətin binanın üzlənmə səlahiyyəti olmadığı qeyd edilib: "Halbuki sənədlərdən bilinir ki, şirkətin binanı üzlənməsi ilə bağlı icazəsi olub".

Hakim sənədləri elan edərkən bildirib ki,  cinayət işində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş prokurorun müavini Rüstəm Usubova göndərdiyi məktub elan edilib.

 

Məktubda bildirib ki,  Hacıbala Abutalıbov binaların üzlənməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarının şirkətlə müqaviləsi olmadığını qeyd edib. Vəkillər Binəqədi rayon icra Hakimiyyəti ilə şirkət arasında bağlanan müqaviləni istintaqa təqdim ediblər.

Məhkəmə prosesi noyabrın 29-da davam edəcək.

 

 

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Səlcuq Elçin

Oxşar yazılar