İyulun 2-də Abşeron rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Məhəmmədi kəndində 16 yaşlı Püstəxanım Quluzadə özünü asıb. Yeniyetmə qızın asılı vəziyyətdə qalmış meyiti yaşadığı evin həyətindəki ağacdan tapılıb.
İntiharın səbəbi məlum deyil. Məktəbli qızın özünü öldürmə faktı ilə bağlı araşdırmalar aparılır.