Bu gün Quba rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə Quba şəhərində baş verib. Şəhər sakini olan 1972-ci il təvəllüdlü Babayev Veysəl və onun qeyri-rəsmi nikahda olan həyat yoldaşı, 1965-ci il təvəllüdlü Sevda Mehdiyeva yaşadıqları mənzildə odlu silahdan açılan atəşlə öldürülüb.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanları çalışır.
*****
APA-nın şimal bürosunun verdiyi məlumata görə isə, Veysəl Babayev həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirib.
Daha sonra isə özünü də ov tüfəngi ilə vuraraq intihar edib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Hadisənin motivi hələlik məlum deyil.