Suraxanı rayon Polis İdarəsinə yeni rəis təyin edilib
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə yeni rəis təyin edib. Lent.az-ın məlumatına görə, Beyləqan rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Təhmasib İbrahimov vəzifəsindən azad edilərək, Suraxanı rayonuna polis rəisi təyin edilib.
T.İbrahimov xəbəri Lent.az-a təsdiqləyib. O bildirib ki, Beyləqan rayonunun polis rəisi vəzifəsinə hələlik təyinat edilməyib. Bu vəzifəni rəisin əməliyyat işləri üzrə müavini, polis polkovnik-leytenantı Zöhrab Məmmədov yerinə yetirir.
Qeyd edək ki, yanvarın 28-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Ramil Usubov Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə vəzifədən azad edib.