Daha iki erməni hərbçisi məhv edildi
06 fevral 2015 10:31 (UTC +04:00)

Daha iki erməni hərbçisi məhv edildi

Cəbhə xəttində provokasiya yaradan Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi öldürülüb.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün saat 16:15 radələrində Qarabağ cəbhəsində baş vermiş atışmada Ermənistan Ordusunun əsgəri, 1990-cı il təvəllüdlü Şekspir Mhitaroviç Akopyan öldürülüb.

 

Ermənilərə məxsus internet saytları ötən gün saat 20:00 radələrində daha bir hərbi qulluqçunun cəbhədə öldürülməsi barədə məlumat yayıb. Lakin həmin şəxsin kimliyi barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154

Oxşar yazılar