Bakıda daha bir qadın doğuş zamanı ölüb. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, hadisə Dəmiryolu Xəstəxanasında baş verib. Dünən səhər saatlarında Yasamal rayon sakini olan 23 yaşlı Həlimə Əzimova doğuş üçün Dəmiryolu Xəstəxanasına aparılıb. Lakin doğuş uğurlu alınmayıb. H.Əzimova kəskin qan itirmədən keçinib.
Araşdırma aparılır.