Bakıda cinayət törətmiş paytaxt sakini tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də saat 23:30 radələrində Binə qəsəbəsi Bünyadzadə küçəsində qəsəbə sakini, 1980-ci il təvəllüdlü Rauf Rzayevə bıçaqla ağır bədən xasarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Maarif Babayev saxlanılıb.
Daha bir analoji hadisə Bakının Sabunçu rayonunda baş verib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də saat 02:40 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Anatoli Naumova bıçaqla ağır bədən xasarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Bəhruz Hacıyev tutulub.