Cibgirlər və narkotik əkənlər saxlanıldı
Astarada cibgirlik edən və narkotik tərkibli bitkilər əkib becərən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayonu, Hamuşam kənd sakini Ş.Əşrəfov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Maşxan kəndi ərazisində sahəlikdə olarkən əynindən çıxarıb yerə qoyduğu pencəyinin cibindən 612 manat pulun oğurlandığı barədə məlumat verib.
Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını rayonun Hamuşam kənd sakini, əvvəllər məhkum olunmuş İkrəm Mahmudovun törətdiyi müəyyən edilib və o saxlanılıb. Oğurladığı 612 manat götürülərək sahibinə qaytarılıb.
Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirləri nəticəsində şəhər sakini E.Babayevin yaşadığı evin həyətyanı sahəsindən ümumi çəkisi 3 kiloqram olan 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
639