Cəlilabad rayonu, Ocaqlı kəndində (rayon mərkəzindən 12 km aralı) 5 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, yaxınlıqdakı üzüm sahələri yanğından mühafizə olunub.
Masallı rayonu, Xırmandalı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılmış 12 ton ot bağlamasının 5 tonu yanıb.
Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.