Cəlilabadda taxıl sahəsi yanıb
07 iyun 2014 20:47 (UTC +04:00)

Cəlilabadda taxıl sahəsi yanıb

Cəlilabadda yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 7-də günorta saatlarında rayonun Privolnı kəndində yerli bələdiyyəyə məxsus biçilmiş taxıl zəmisində qeydə alınıb.

 

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində güclü alovun yaxınlıqdakı biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, 25 hektaradək biçilmiş taxıl sahəsi yanaraq kül olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440
avatar

Oxşar yazılar