Düşmənin atəş nöqtələrinə 137 atəş zərbəsi endirilib - <span style="color:red;">Müdafiə Nazirliyi
12 sentyabr 2015 10:03 (UTC +04:00)

Düşmənin atəş nöqtələrinə 137 atəş zərbəsi endirilib - Müdafiə Nazirliyi

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.


Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 137 atəş zərbəsi endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 100
avatar

Oxşar yazılar