Çaylarımızda vəziyyət necədir?
29 mart 2013 12:37 (UTC +04:00)

Çaylarımızda vəziyyət necədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda  vəziyyət haqda məlumat yayıb. Nazirlikdən Lent. az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-200, Kiçik Qafqazın çaylarında 50-250, Lənkəran-Astara bölgəsi çaylarında 10-70, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir. 


Tranzit çaylardakı vəziyyətə gəldikdə isə martın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 260 m3/s olmaqla, ongünlük normanın 85 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 183 m 3/s və ongünlük normanın 60 faizini təşkil edib. Martın 29-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 122 m 3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az,  97 m 3/s təşkil etmiş və ongünlük normanın 87 faizinə bərabər olub.

Martın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 10 sm, Şirvanda 9 sm azalma, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım müşahidə olunmuş, Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar