Vəkili Cavid Hüseynova baraət verilməsi barədə vəsatət verəcək
06 yanvar 2016 18:07 (UTC +04:00)

Vəkili Cavid Hüseynova baraət verilməsi barədə vəsatət verəcək

Sabah Bakı şəhər Prokurorluğuna jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilmiş futbolçu Cavid Hüseynova baraət verilməsi ilə bağlı vəsatət təqdim ediləcək. Bu barədə Lent.az-a  futbolçunun vəkili Adəm Məmmədov məlumat verib.

 

Vəkil bildirib ki, bu gün Cavid Hüseynovla görüşüb və cinayət işi ilə tanış olublar: "Cinayət işində bəraət verici əsaslar çoxdur. Buna görə sabah tərəfimizdən Bakı şəhər Prokurorluğuna vəsatət veriləcək. Cinayət işində görünür ki, Cavid Hüseynovun heç bir günahı yoxdur. Telefon danışıqları və “WhatsApp” yazışmalarında Cavid bibisioğluna deyib ki, heç nə lazım deyil. Söhbəti uzatmağa dəyməz”.

 

Vəkil Cavid Hüseynovun səhhətinin də normal olduğunu bildirib.

 

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.  Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir.

 

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

 

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb. 

 

# 211
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Narkotacirlərə kömək edən polis həbs olundu

Narkotacirlərə kömək edən polis həbs olundu

1 mart 2024 , 17:18
Zorla hərbi komissarlığa aparılan xəstə öldü

Zorla hərbi komissarlığa aparılan xəstə öldü

1 mart 2024 , 15:21
Məktəbli qız  "TikTok"dakı üsulla  özünü öldürmək istədi

Məktəbli qız "TikTok"dakı üsulla özünü öldürmək istədi

1 mart 2024 , 15:03
Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı

Taksi sürücüsü yatan qadını təcavüzlə oyatdı

1 mart 2024 , 14:27
Narkoloji Mərkəzin baş direktoru və müavini HƏBS OLUNDU

Narkoloji Mərkəzin baş direktoru və müavini HƏBS OLUNDU

1 mart 2024 , 14:07
Azərbaycanlı polkovnik  Ukraynada öldü

Azərbaycanlı polkovnik Ukraynada öldü

1 mart 2024 , 14:05
Kənd sakini Yuxarı Şirvan kanalında batdı

Kənd sakini Yuxarı Şirvan kanalında batdı

1 mart 2024 , 13:49
Avtobusda   məktəbli qız zorlandı

Avtobusda məktəbli qız zorlandı

1 mart 2024 , 13:42