Camal Rəhimov 3-cü yeri tutdu
07 fevral 2015 14:12 (UTC +04:00)

Camal Rəhimov 3-cü yeri tutdu

İspaniyada təşkil olunmuş Oliva Nova beynəlxalq turnirin ikinci mərhələsində azərbaycanlı çapar Camal Rəhimov da iştirak edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təmsilçimiz  2-ci mərhələni keçərək, maksimal 50 xalın 40-nı toplayıb və yarışın növbəti mərhələsinə adlayıb.

Xatırladaq ki, çaparımız turnirin ikinci həftəsində Ranking Classda 3-cü yeri tutub.

İspaniyada təşkil olunan turnir 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya oyunlarında iştirak üçün xal qazandır. Qarşıda çaparımızı yarışın növbəti 10 mərhələsi gözləyir.
 

Qeyd edək ki, iki turun nəticəsi olaraq C.Rəhimovun hesabında 90 xal var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar