Bu ilin fevralında itkin düşən şəxsin meyiti tapıldı
14 sentyabr 2015 18:24 (UTC +04:00)

Bu ilin fevralında itkin düşən şəxsin meyiti tapıldı

0
Neftçalada dənizdən meyiti tapılan şəxsin kimliyi məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, meyiti tapılan şəxsin bu ilin fevralında itkin düşmüş Lənkəran rayonunun Nərimanabad kənd sakini, 1983-cü il təvəllüdlü Mahmudov Ceyhun Zahir oğlu olduğu müəyyənləşib.

 

Həmin şəxsin dənizdə balıq tutarkən itkin düşdüyü bildirilir.

 

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

 

***

 

Neftçala rayonunda dənizdən naməlum kişi meyiti tapılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hüquq-mühafizə orqanları mərhumun şəxsiyyətini araşdırır.

 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar