Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən keçiriləcək təlimdə Azərbaycan Silahlı Qüvvələri 200 nəfərlik heyətlə iştirak edəcək
Bolqarıstanda “Qara Dəniz Rotasiya Qüvvələri-2013” taktiki təlimləri keçiriləcək.
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq Planına əsasən, səhra şəraitində keçiriləcək taktiki təlimlər iyulun 15-də başlayacaq, avqustun 8-dək davam edəcək. Təlimlər Bolqarıstanın Novo Selo bölgəsində olacaq.
APA-nın Müdafiə Nazirliyindən əldə etdiyi eksklüziv məlumata görə, təlimdə Azərbaycan Silahlı Qüvvələrinin tam təchizatlı 200 nəfərlik qüvvəsinin iştirakı planlaşdırılır.