Bir ailədən 3 nəfər avtoqəzada öldü
12 avqust 2019 12:16 (UTC +04:00)

Bir ailədən 3 nəfər avtoqəzada öldü

0
 
 
Qaxda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya  verilən məlumata görə, avqustun 10-da saat 23.00 radələrində Qax şəhəri ərazisində rayon sakini Akif Ağayevin idarə etdiyi “VAZ-21099” və Zaqatala rayon sakini Ç.Kərimzadənin idarə etdiyi “Ford Edge” markalı avtomobillər toqquşub.
Nəticədə A.Ağayev və sərnişinlərindən arvadı Leyla, bacısı oğlu Tural Nəzərov hadisə yerində ölüblər.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1018

Oxşar yazılar