Binəqədidə termometr həyəcanı
25 oktyabr 2015 14:17 (UTC +04:00)

Binəqədidə termometr həyəcanı

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Binəqədi rayonunda mənzildə termometrin sınması ilə bağlı məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, cihazın sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 13:00-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar