Binəqədi rayonunda ümumi sahəsi 300 kv.m olan birmərtəbəli restoranın mətbəxinin tüstü bacasında yağ qalıqları, dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 3 kv.m sahədə əriyib.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, restoranın qalan hissəsi yanğından mühafizə olub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.