Martın 7-i axşam saatlarında Zaqatala rayonunun Kebeloba kənd sakini, 1969-cu il təvəllüdlü Rəcəb Xəlil oğlu Mahmudov qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, müayinə zamanı 49 yaşlı Rəcəb Mahmudovun hələki bilinməyən səbəbdən intihar etmək məqsədi ilə bıçaqla özünə ağır xəsarət yetirməsi məlum olub.
Rəcəb Mahmudovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.