Bəxtiyar Əliyevin Bərdədə seçicilər ilə görüşləri davam edir
26 oktyabr 2015 19:12 (UTC +04:00)

Bəxtiyar Əliyevin Bərdədə seçicilər ilə görüşləri davam edir

0

Milli Məclisə keçiriləcək seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyevin Bərdədə məskunlaşan məcburi köçkün seçicilərlə görüşləri davam edir. Lent.az-ın məlumatına görə, görüşdə bir çox məsələlər müzakirə olunub. Seçicilər onlara yaradılan  şəraitə görə Azərbaycan prezidentinə minnətdarlığını bildiriblər.

Səmimiyyət və diskussiya şəraitində keçən görüşlərdə seçicilər bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

B.Əliyev qaldırılan məsələlərə münasibət bildirib və deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib. Çıxış edən seçicilər onun namizədliyini dəstəklədiklərini bildiriblər.

Görüşün sonunda bütün sakinlər B.Əliyevə seçki kampaniyasında uğurlar arzulayıb. Xatırladaq ki, B.Əliyev bundan əvvəl Bakının Xətai, Abşeron, Xırdalan, Binəqədi, Nərimanov, Yasamal, Nizami, Səbayıl və Qaradağ rayonlarında və Şüvəlan, Mərdəkan, Buzovna və Mehdiabad qəsəbələrində məskunlaşmış seçiciləri ilə görüşüb. Deputatlığa namizəd bundan sonra da seçicilərlə görüşlərini davam etdirəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar