Baş Polis İdarəsi avtobus qəzası ilə bağlı məlumat yaydı
13 fevral 2015 12:18 (UTC +04:00)

Baş Polis İdarəsi avtobus qəzası ilə bağlı məlumat yaydı

0

Bakı şəhər Baş Polis İdarəsi Sabunçu rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın idarəyə istinadən məlumatına görə, fevralın 12-də saat 20:30 radələrində, Sabunçu qəsəbəsi Şəhər şossesində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Yusif Səmədov idarə etdiyi “İsuzu “markalı 148 saylı xətt avtobusu ilə Yardımlı rayon sakini 1972-ci il təvəllüdlü Mahir Həsənovu vurub. Ağır bədən xəsaərti ilə xəstəxanaya yerləşdirilən yaralı orada ölüb. Faktla bağlı Sabunçu RPİ 12-ci PB-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar