Baş leytenantı döydüyü deyilən rəis: <span style="color:red;">“İşə sərxoş gəlmişdi”
03 dekabr 2015 16:30 (UTC +04:00)

Baş leytenantı döydüyü deyilən rəis: “İşə sərxoş gəlmişdi”

Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin rəisi Rafael Albabayev sahə müvəkkili Səməd Düsturovu döyməsi ilə bağlı iddialara münasibət bildirib. Lent.az-a açıqlama verən polis polkovniki R.Albabayev bildirib ki, S.Düsturovun iddiaları əsassızdır: “O, 2 aya yaxındır ki, bizim bölmədə çalışır. Həmin gün xidmətə gələndə sərxoş olduğu müəyyən edilib və xidmətdən kənarlaşdırılıb. Ona qarşı hər hansı kobudluq edilməyib. Mən uşaq deyiləm ki, polis zabitinə əl qaldırım? Sərxoş vəziyyətdə xidmətə gəldiyi üçün cəzalandırılıb və barəsində Daxili İşlər Nazirliyində müvafiq araşdırmalara başlanılıb. Bildiyimə görə, əvvəl işlədiyi yerlərdə də problemləri olub”.

 

Qeyd edək ki, bu gün “qafqazinfo”da 25-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı 1989-cu il təvəllüdlü Səməd Düsturovun rəisi tərəfindən döyülməsi və döyülməsi haqqında raport yazması barədə məlumat verilib. O bildirib ki, noyabrın 26-da saat 00:30 radələrində 25-ci Polis Bölməsində bölmə rəisi onu öz xidməti otağında müavini ilə birlikdə döyüb. Hadisə nəticəsində baş leytenant S.Düsturov xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasında tibbi yardım aldıqdan sonra buraxılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15