Balakən rayonunda intihar hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Tüllü kənd sakini Nəbiyev Nizaməddin Ramazan oğlu özünü yaşadığı evin həyətində asıb. N.Nəbiyevin asılı vəziyyətdə qalmış meyiti həyətdəki yardımçı tikilidə aşkarlanıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.