Bakının mərkəzindəki restoranda cinayət törətdilər
03 noyabr 2015 12:30 (UTC +04:00)

Bakının mərkəzindəki restoranda cinayət törətdilər

0

Bakıda oğurluqda şübhəli bilinən 2 nəfər tutulub.

 

Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-ə keçən gecə Bakı şəhər sakini, Qədim Süleymanova məxsus A.Zeynallı küçəsində yerləşən restorandan açar seçmə yolu ilə 1450 manat dəyərində spirtli içkiləri talamaqda şübhəli bilinən şəxslər müəyyən edilib. Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1994-cü il təvəllüdlü Məhəmməd Əliyev tutularaq istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 944

Oxşar yazılar