Bakının mərkəzində məktəblinin qanı töküldü
28 mart 2013 09:25 (UTC +04:00)

Bakının mərkəzində məktəblinin qanı töküldü

Martın 27-də saat 19 radələrində Bakı şəhərinin Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xaqani bağında (keçmiş Malakan bağı) 1998-ci il təvəllüdlü Mahmudov Alim Nazim oğlu bıçaqlanıb. Yaralı oğlan ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 15 yaşlı A.Mahmudovu həmyaşıdı Bəkirov Nazim Nadir oğlu bıçaqlayıb. Fakt üzrə cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1729
avatar

Nizam Rza

Oxşar yazılar