Bu gün Bakının mərkəzində, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı İdarəsinin inzibati binasında yanğın olub. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi 72 ünvanında yerləşən 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yanğın başlayıb. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib və yanğının miqyasının genişlənməsinə imkan verilməyib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayonunda dördmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 12 kv.m olan dispetçer məntəqəsinin taxta konstruksiyalardan ibarət arakəsmə divarı 4 kv.m sahədə yanıb. Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.