Bakının mərkəzində güclü tıxac yaranıb. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, buna səbəb Səbail rayonu, Bakı-Salyan şosesində, “Min bir gecə” istirahət mərkəzinin yaxınlığında yükqaldırıcı kranın yerüstü piyada keçidinə dəyməsi və nəticədə keçidin uçmasıdır.
Hazırda tıxac “Azadlıq” meydanı ətrafından “Azneft” və “Bayıl” istiqamətində hərəkət tamamilə dayanıb. Tıxacın nə zaman açılacağı isə məlum deyil.