Bakının mərkəzində çoxsaylı cinayətlər törətmiş şəxs tutulub
28 sentyabr 2015 12:11 (UTC +04:00)

Bakının mərkəzində çoxsaylı cinayətlər törətmiş şəxs tutulub

0

Bakıda soyğunçuluq etmiş şəxsin çoxsaylı cinayət əməlləri üzə çıxıb. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 27-də Azadlıq prospektində Bakı şəhər sakini Erol Bayramovun sinəsindən yumruqla vurub mobil telefonunu alıb qaçaraq soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Həsənov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, o, sentyabrın 1-də Bül-Bül prospektində Yardımlı rayon sakini Elgün Ağayevə məxsus «Ford-Transit» markalı avtomobildən mobil telefon oğurlayıb.

Bundan əlavə, onun digər dələduzluq cinayətlərinin də üstü açılıb. Belə ki, V.Həsənov sentyabrın 5-də D.Əliyeva küçəsində Ayxan Qarayevin, sentyabrın 7-də S.Rüstəm küçəsində Rəsul Dinlerin, sentyabrın 10-da Kiçik dəniz küçəsində Eldar Cahangirbəyovun, sentyabrın 9-da İbrahim Məmmədovun, sentyabrın 10-da Yaşar Cabbarovun, sentyabrın 22-də Sadiq Quliyevin, sentyabrın 23-də Azadlıq prospektində Səbuhi Cəfərlinin, avqustun 10-da Nizami küçəsində Orxan Mikayıllının etibarından sui-istifadə edərək mobil telefonlarını danışmaq adı ilə alıb, qaytarmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar