Bakının mərkəzi rayonlarında termometr partlayıb
06 sentyabr 2015 10:04 (UTC +04:00)

Bakının mərkəzi rayonlarında termometr partlayıb

0

Bu gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınması barədə müraciət daxil olub. lent.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində qurğunun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 01:45-də başa çatıb.

 

Oxşar hadisə Nərimanov rayonunda fərdi yaşayış evində də qeydə alınıb. Termometrin sınması nəticəsində onun daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element FHN-in mütəxəssisləri tərəfindən yığılıb və ərazi demerkurizasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar