Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılıb
07 aprel 2014 12:12 (UTC +04:00)

Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırılıb

Bakıda nəqliyyatın intensiv olduğu Fətəli xan Xoyski prospektində (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısı) nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, piyada keçidinin inşası ilə əlaqədar olaraq, Koroğlu Rəhimov küçəsi ilə kəsişmə istiqamətində, yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

 

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən bildirilib ki, yolun həmin hissəsində tikinti işləri 2 ay müddətində davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830
avatar

Nizam Rza

Oxşar yazılar