Bakıda nəqliyyatın intensiv olduğu iki mərkəzi küçədə hərəkət məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, “Azəryolservis” ASC-dən bildirilib ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə nəqliyyat vasitələrinin hərəkəti bu gün saat 12:00-dan etibarən, Süleyman Sani Axundov küçəsində qismən, saat 22:00-dan etibarən Şah İsmayıl Xətai prospektində və Heydər Əliyev prospekti istiqamətində yol ötürücüsündə hərəkət tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.