Bakıdakı avtobus qəzasından sarsıdıcı görüntülər
18 mart 2014 10:31 (UTC +04:00)

Bakıdakı avtobus qəzasından sarsıdıcı görüntülər

0

Mart 18-i saat  06:19-da Xəzər rayonu Türkan  qəsəbəsindən Xaşaxana  bağlarına gedən avtomobil yolunda ağır yol-nəqliyyat qəzası baş verib. Lent.az-ın məlumatına görə, hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Suraxanı rayonu və Mərdəkan qəsəbəsi üzrə  xilasedicilər  qrupu  hadisə  yerinə  çıxıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1984-cü il təvəllüdlü Hüseynov Elşən Məmmədyar oğlunun idarə etdiyi “Mercedes” markalı “20 CH 329” dövlət nömrə nişanlı  minik avtomobili ilə 1955-ci il təvəllüdlü  Cəbrayılov Məhəbbət Novruz oğlunun idarə etdiyi “Daewoo” markalı  “10 TE 337” dövlət nömrə nişanlı avtomobillər toqquşub. Nəticədə  avtomobillər  ağır  deformasiyaya  uğrayıb.

 

Avtomobillərin deformasiyası nəticəsində “Mercedes” markalı  avtomobilinin sürücüsü  sıxılmış vəziyyətdə qalıb və çıxmaq  iqtidarında  olmayıb.  Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə  xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə  sürücünü çıxardıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının  əməkdaşlarına  təhvil  verərək  xilas  olunmasını  təmin  ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8668

Oxşar yazılar