Bakıda əri tərəfindən döyülən qadın intihara cəhd edib. Lent.az-ın məlumatına görə, Badamdar qəsəbəsində yerləşən parkda 30-35 yaşlı qadın huşsuz vəziyyətdə tapılıb və təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Burada qadına tibbi yardım göstərilib və məlum olub ki, o çoxsaylı dərman həbləri qəbul edib və kəskin zəhərlənib.
Toksikologiya şöbəsinə yerləşdirilən qadının şəxsiyyəti müəyyənləşdirilib. Bəlli olub ki, intihara cəhd edən qadın Badamdar sakini, 1984-cü il təvəllüdlü İradə Məhyəddinovadır. İ.Məhyəddinova bildirib ki, həyat yoldaşı Kənan Səfərovla boşansa da, rahatlıq tapa bilməyib. Keçmiş həyat yoldaşı dəfələrlə, demək olar ki, hər gün onu döyüb, təhqir edib. Bu səbəbdən də evdən qaçan qadın 4 qutu analgin (40 ədəd) alıb və hamısını udub.
Hazırda araşdırmalar davam etdirilir.