Bakıda zibil qutusundan qumbara tapıldı
01 noyabr 2015 16:24 (UTC +04:00)

Bakıda zibil qutusundan qumbara tapıldı

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda zibil qutusunun içərisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

 

Lent.az nazirliyin saytına istinadən xəbərinə görə,  müvafiq qurumlar hadisə yerinə cəlb olunub və baxış keçirilən zaman məlum olub ki, bu, istifadəyə yararsız olan 1 (bir) ədəd “F-1” markalı əl qumbarasıdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar edilməyib.

 

Sursat aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 14:30-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar