Bakıda zəncirvari qəza, tıxac yarandı
05 iyul 2013 09:45 (UTC +04:00)

Bakıda zəncirvari qəza, tıxac yarandı

Bakı şəhərinin Qaradağ rayonunda yol qəzası baş verib. Qaradağ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

 

Qəza zamanı Bakı-Qazax istiqamətində hərəkət edən xətt avtobusu, “Ford” markalı yük maşını və “Azpetrol” şirkətinə məxsus təhlükəli maye daşıyan maşın toqquşub.

 

Qəza zamanı bir uşaq xəsarət alıb. Hadisə ilə əlaqədar ərazidə böyük tıxac yaranıb.

 

# 1157
avatar

Oxşar yazılar