Respublika Seysmoloji Xidmət Mərkəzi bu gün Hacıqabul rayonunda baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb. Lent.az-ın mərkəzə istinadən verdiyi məlumata görə, zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində 5-3 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.
*****
16:18
Bu gün yerli vaxtla saat 16:06:49 Saatlıdan 41km şimal-şərqdə Hacıqabul ərazisində ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,7 bal, dərinliyi isə 55 kilometr olub. İlkin məlumata görə, zəlzələnin Şamaxı rayonu ərazisində baş verdiyi bildirilsə də, sonradan təkanın Hacıqabul rayonu ərazisində qeydə alındığı dəqiqləşib.
****
16:14
Azərbaycanda güclü zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində. Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələnən episentri Şamaxı rayonunda olub. Şamaxıda zəlzələnin gücü 5,8 bal olub. Güclü təkanlar Ağsu, Qobustan, İsmayıllı və digər ətraf rayonlarda hiss olunub.
Zəlzələ Bakıda da hiss olunub.