Bu gün Bakı şəhərinin Səbail rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan şosesinin 20-ci Sahə dairəsi adlanan hissəsindən Bibiheybət qəsəbəsinə gedən istiqamətində naməlum avtomobil qadını vurub. Piyada hadisə yerindəcə keçinib. Hadisə vaxtı piyadanın başı avtomobilin təkərinin altında qaldığından o tanınmaz hala düşüb. Odur ki, ölən şəxsin təxmini yaşını da müəyyən etməkdə çətinlik yaranıb.
Hazırda qadını vurub öldürən avtomobil və sürücüsünün müəyyən edilməsi istiqamətində iş aparılır.